ADA Universitetinin IV kurs tələbəsi vəfat etdi

  • 2024.01.26 10:14
  • 1310 Baxış
ADA Universitetinin IV kurs  tələbəsi vəfat etdi
ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.

Medicina.az xəbər verir ki, onun gecə saatlarında dəm qazından boğularaq dünyasını dəyişdiyini bildirilib.

Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.