Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Adamlardan uzaq durun, piyada gəzin" - Gürcüstanın baş epidemioloqu

  • 2021.04.07 19:46
  • 1587 Baxış
"Adamlardan uzaq durun, piyada gəzin"   - Gürcüstanın baş epidemioloqu


Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze koronavirusa yoluxmanın artması fonunda vətəndaşlara piyada gəzməyi məsləhət görüb.

Medicina.az xəbər verir ki, Qamkrelidze yaz fəsli olduğu üçün insanları daha çox piyada gəzməyə çağırıb.

“Yalnız nəzarət və sərt qaydalar işləmir. Başlıcası nizam-intizam və anlayış göstərməkdir. İndi yazdır. Piyada daha çox gəzin. İki dayanacaqdan ötrü avtobusa minmək lazım deyil. Hər gün 2-3 kilometr gəzmək pis olmaz”.

Baş epidemioloq əlavə edib ki, ölkədə üçüncü dalğa təhlükəsi olduğundan insanlar sosial tədbirlərdən çəkinməlidirlər.