Adəm babanın portreti hazırlandı

  • 2023.10.16 14:39
  • 1241 Baxış
Adəm babanın portreti hazırlandı
Yunanıstanda alimlər 700.000 il əvvəl yaşamış Homo heidelbergensisin simasının kompüter rekonstruksiyasını hazırlayıblar.


"Medicina" xəbər verir ki, Afrika və Asiyada 700--300 min il əvvəl yaşadığı müəyyən edilən bu qədim insan Homo cinsinin kəsilmiş növüdür.



Bu tip insanın qaşı irəli çıxıntılı, beyin qabığı daha böyük və daha enli siması var.



Onlar ağac və daşdan ev düzəldərək soyuq iqlimə adaptasiya olmağa çalışan ilk insanlar olub. y


Bu simanı bərpa etmək üçün Trakya Demokrit Universitetinin antropoloqu Kristina Papageorgopoulou yaxşı qorunmuş kəllədən istifadə edib.


Kəllə 1960-cı ildə Şimali Yunanıstanın Xalkidiki, Petralona mağarasında həvəskar kəşfiyyat zamanı aşkar edilmişdir.


Alimlər kəlləni cinsi dimorf xüsusiyyətlərinə görə, kişiyə aid ediblər, yaşı 30-34, çəkisi 54 olub.

Aygün Musayeva