İngiltərədə yaşayan iki uşaq atası kişinin illər əvvəl götürülən xalının sonradan dəri xərçənginin ilkin mənbəyi olduğu məlum olub.
Medicina.az xəbər verir ki, 33 yaşında olarkən qarnındakı xalın böyüdüyünü fərq edən kişi həkimə müraciət edib.
Məlumata görə, xal götürülərək analiz edilib və nəticədə onun xərçəng olmadığı bildirilib.
İki il sonra isə idman zamanı qoltuqaltında ağrı və şişlik hiss edən kişi yenidən müayinədən keçib. Aparılan yoxlamalar nəticəsində şişliyin melanoma – dəri xərçənginin aqressiv növü olduğu müəyyən edilib.
Həkimlərin yenidən araşdırması zamanı məlum olub ki, əvvəl götürülən xal əslində xəstəliyin başlanğıc nöqtəsi imiş. Xərçəng daha sonra ağciyər, beyin, qaraciyər və onurğaya yayılıb.
Müalicəyə başlayan kişi müsbət nəticə əldə edib və hazırda həkim nəzarətindədir. Mütəxəssislər xallarda böyümə, rəng dəyişməsi, qanama və ya formasında dəyişiklik olduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.
Xanım,
Medicina.az