Adi xiyarla 7 xəstəliyini müalicə et- RESEPTLƏR

  • 2020.05.19 16:01
  • 4911 Baxış
Adi xiyarla 7 xəstəliyini müalicə et - RESEPTLƏR


Xiyar B, C, PP, karotin, kaliy ilə zəngindir. Xiyar elə yaranandan ondan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.


Medicina.az xiyarın orqanizmə faydalarını təqdim edir.

-Xiyar digər ərzaqların da mənimsənilib həzm olunmasını asanlaşdırır

-Kaliy miqdarını artırıb, böyrək və ürəyin işini yaxşılaşdırır

-Xiyarda olan qələvi duzlar turşu mühiti yüngülləşdirir, bununla da böyrəklərdə duz, daş yaranmasının, qocalmanın qarşısını alır

-Yodla zəngin olduğundan zob, qalxanvari vəz xəstəliklərinə qarşıdır.

-Xiyar bağırsaqların işini tənzimləyir


-Damarlardan pis xolesterini qovur


Xalq təbabətində 7 xəstəlik üçün ən sınanmış 7 resept


1.Qəbizlikdə - Xiyarlar yuyulur, 1 ay suda saxlanılır. Alınan suyu gündə 2 stəkan içirsiz, üstündən 2 xörək qaşığı bitki yağı qəbul edirsiz.


2.Qaraciyər piylənməsində - həftədə 1 dəfə günə 2 kq xiyarı hissə-hissə yeyib, su içirsiz


3. Dəri allergiyası, qaşınma, səpki – xiyarı sürtgəcdən keçirib, dəriyə yaxma edib bağlayırsız


4.Hepatitlərdə - Xiyarı xırda doğrayıb, 1 stəkan suda 20 q xiyarı 20 dəqiqə qaynadırsız. Süzüb, gündə yarım stəkan içirsiz


5.Böyrək sancısında – 10 qr xiyar toxumunu yarım stəkan qaynar suda 20 dəqiqə dəmləyib, süzüb, qəbul edirsiz


6.Botkin xəstəliyində - 100 qr xiyar doğranmışının üzərinə 500 ml su alıb, qaynara düşənə kimi odda saxlayın, sonra 15 dəqiqə soyudun. Alınmış məhlulu gündə 3 dəfə qəbul edin


7.Oynaqlara sidik turşusu yığılanda – həftədə 2 dəfə xiyar şirəsi və xiyar qaynadılmış su içilir.