Afaq Əliyeva: "Azərbaycanda maskadan bu qədər istifadə etmək ajiotaj yaradır"

  • 2020.02.25 16:52
  • 3459 Baxış
Afaq Əliyeva:   "Azərbaycanda maskadan bu qədər istifadə etmək ajiotaj yaradır"
“Azərbaycanda koronavirus yoxdur. Bu qədər maskadan istifadə etməyə də ehtiyac duyulmur, bu, ajiotaj yaradır”.

Medicina.az APA-ya istinadən xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, koronavirus dünyanın müxtəlif ölkələrində yayılıb:

“İnsanlarda müəyyən narahatlıq yaranır. Azərbaycana yanvar ayından Çindən, İrandan gələnlər var, amma virus aşkarlanmayıb. Hərarəti artıq olanlar da müayinə olunur, sərhəddən keçəndə karantin xidmətinə alınırlar”.