Ağ undan imtina 3 xəstəlikdən qoruyur

  • 2023.10.04 16:00
  • 3291 Baxış
Ağ undan imtina 3 xəstəlikdən qoruyur

Ağ un məmulatlarına aludəçilik artıq çəki, insulin dirənci və şəkərə səbəb ola bilir.

“Medicina” xəbər verir ki, həkim Yelena Solomatina ağ un məmulatlarından çox nadir halda istifadə etməyi tövsiyə edib.
“Ağ un məmulatlarına yüksək sort undan çörək, bulka, şəkər çörəkləri, peçenye, makaron və s. aiddir.

Bu kimi qidalar sadə karbohidrat və şəkər mənbəyidir, tez həzm olur və qanda qlükozanı kəskin artırır.

Hər gün belə qidaları yedikdə orqanizmin cavab reaksiyası insulinin intensiv hasili olur. Belə qidaları sevənlərdə insulinə alışqanlıq, yəni insulin rezisdentliyi yaranır. Bu isə II tip diabetin başlıca səbəbidir.

Sadə karbohidratlar isə enerji baıansını pozur, nəticədə bədən piyi ehtiyata yığır və kökəlmə baş verir. Qanda şəkər yüksək olduqca, damarlar zədələnir, xolesterin əmələ gəlir. Getdikcə ateroskleroz yaranır.

Ona görə də ağ un məmulatlarından imtina ürək-daçar, təzyiq, diabet və göz problemlərinin profilaktikası üçün vacibdir”.

Aygün Musayeva