Ağciyər İnstitutunda daha bir xəstə öldü

  • 2020.05.21 16:24
  • 2845 Baxış
Ağciyər İnstitutunda daha bir xəstə öldü

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

Medicina.az xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyər ödəmi, ikitərəfli durğunluq pnevmoniyası, xroniki böyrək çatışmazlığı, ikinci tip şəkərli diabet - insulin tələbli, ağciyər vərəmindən sonrakı fibroz diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.