Ağciyər İnstitutunda daha bir xəstə ölümü

  • 2020.05.30 15:47
  • 2879 Baxış
Ağciyər İnstitutunda daha bir xəstə ölümü


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

Medicina.az xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə mayın 27-i saat 15:40-da ETACXİ-yə daxil olub.

Xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, ağciyər ödəmi, ağciyər vərəmi, ÜXÇ, sinus taxikardiyası, durğunluq pnevmoniyası ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.