Ağıl dişi ilə insanın “ağlı” arasında əlaqə varmı?

  • 2026.04.10 22:21
  • 125 Baxış
Ağıl dişi ilə insanın “ağlı” arasında əlaqə varmı?



“Ağıl dişi” (wisdom tooth) tibbi deyil, məcazi addır. Bu dişlər adətən 17–25 yaş arasında çıxır, yəni insanın daha yetkin olduğu dövrdə.


Yəni, bu dişlər çıxdısa, artıq uşaq ağıllanıb, yəni yetkinlik dövrünə qədəm qoyub.


Medicina.az xəbər verir ki, Ağıl dişləri üçüncü azı dişləridir (son dişlər).

Çeynəmə funksiyasına kömək edir (amma çox vaxt lazımsız sayılır)
Bəzən ümumiyyətlə çıxmaya da bilər.

Müasir insanlarda çənə kiçildiyi üçün:
Bu dişlər çox vaxt sıxışır
Yan çıxır və ya problem yaradır.


Bəzi insanlar deyir:
“Ağıl dişim çıxandan sonra başım ağrıyır”
“Düşüncəm dəyişdi, əsəbi oldum”

Bunun səbəbi:

Diş çıxarkən iltihab və ağrı yarana bilər
Bu da stress və gərginlik verir.
Nəticədə insan özünü fərqli hiss edir

Amma bu, ağlın dəyişməsi yox, sadəcə fiziki narahatlığın təsiridir.

Tibbi araşdırmalara görə:

Ağıl dişləri ilə intellekt (IQ) arasında əlaqə yoxdur
Beyin funksiyası ilə bu dişlərin çıxması arasında əlaqə tapılmayıb.
Ağıl dişinin çıxması neyroloji inkişafı dəyişmir.


Ağıl dişi problem yarada bilər:

Çənədə sıxlıq varsa
Diş yarımçı çıxıbsa
İltihab və ya infeksiya yaranıbsa
Bu hallarda:
Baş ağrısı
Çənə ağrısı
Qulaq və gicgah nahiyəsində diskomfort ola bilər

Aygün Musayeva