"Ağır vəziyyətdə olan xəstəmiz plazma ilə sağaldı" - TƏBİB rəsmisi

  • 2020.05.29 19:27
  • 10028 Baxış
"Ağır vəziyyətdə olan xəstəmiz plazma ilə sağaldı"  - TƏBİB rəsmisi

“Koronavirusdan sağalmış şəxslərdən alınan plazmanın tətbiqinin nəticələri artıq əldə olunub”.

Medicina.az xəbər verir ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, xəstəliyi simptomatik keçirənlərdən əldə edilən plazma xəstəliyin müalicəsində daha effektiv olub:

“Keçən həftə bunun şahidi olduq. Çox ağır vəziyyətdə olan, dərman müalicəsinə tabe olmayan, həkimlərin ümidini üzdüyü xəstələrə plazma tətbiq edilib və sağalma olub”.

TƏBİB sədri koronavirusdan sağalan şəxslərə də plazmalarınıl verməklə bağlı çağırış edib:

“Plazmanın mübadiləsi həyat üçün təhlükəli deyil. Evdə özünü müalicə edənlərin sayı azalsa da, belələri var. Bu da son nəticədə onların ağır formada xəstəxanaya gəlməsinə səbəb olur”.