Tümen sakini ağrıkəsici qəbul etdikdən sonra Lyell sindromu yaranıb.
“Medicina” xəbər verir ki, həkimlər tümenli 28 yaşlı qıza ağrıkəsici dərman qəbul etdikdən sonra nadir hallarda rast gəlinən Lyell sindromu diaqnozu qoyublar.
Lyell sindromu dərinin və selikli qişaların geniş zədələnməsinə səbəb olan şiddətli allergik reaksiyadır. Ağır hallarda bu xəstəlik 65-70% -ə qədər ölümlə nəticələnə bilər.
Pasiyentin dediyinə görə, yatmazdan əvvəl bir neçə məşhur ağrıkəsici həblərini qəbul edib. Mariya baş dərisində şiddətli ağrı və qaşınma ilə oyanıb.
Sonrabədəni tez bir zamanda çoxsaylı xoralar və səpkilərlə örtülməyə başladı və dodaqları şişdi. Eyni zamanda temperatur 39 dərəcəyə qədər yüksəlib.
Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Mariyada Lyell sindromu diaqnozu qoyulub.
Allergik reaksiya nəticəsində qızın üzü və bədəni tanınmaz dərəcədə dəyişib. Yeyib-içmək onun üçün ağrılı olub, vəziyyəti kritik qiymətləndirilir.
"Həkimlər birlikdə çox yaxşı işləyirdilər, ona görə də bütün orqanlarım zədələnmədi və indi mənə verilən dərmanlarla bu məhvetmə prosesi dayandırılır".
Həkimlər, immunitet sisteminin qeyri-adi reaksiyasına səbəb olan ağrıkəsicilər olduğunu irəli sürürlər.
Aygün Musayeva