Ağsuda 14 yaşlı oğlan intihar etdi

  • 2021.12.21 17:33
  • 1302 Baxış
Ağsuda 14 yaşlı oğlan intihar etdi

Ağsu rayonunda yeniyetmə oğlan intihar edib.

Medicina.az xəbər verir ki, hadisə Əlheydər Qarayev küçəsində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 2007-ci il təvəllüdlü X.Ə. yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.