Rusiyada artıq allergik və onkoloji xəstəliyi olan insanların da vaksin olunması prosesinə başlanılır.
Medicina.az xəbər verir ki, bu barədə Moskvanın səhiyyə idarəsinin  rəhbəri məlumat verib. 
“Qeyri-peşəkarların sözlərinə, qorxuducu məqamlara qulaq asmaq lazım deyil. Allergik insanlar da peyvənd oluna bilər. Onkoloji xəstələr o qrupdur ki, immuniteti zəifdir və böyük risk daşıyır. Onlar da mütləq vaksin olunmalıdır.
Hazırki peyvəndlər hər kəsin vaksin olunmasına imkan yaradır.
Allergik və onkoloji xəstələr sahə həkimi və ya peyvənd  məntəqəsində həkimə yaxınlaşıb, bəzi müayinələrdən sonra peyvənd oluna bilərlər.