Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alman alimləri xərçəngin 6 əlamətini müəyyən etdilər

  • 2025.05.01 18:55
  • 101 Baxış
Alman alimləri xərçəngin 6 əlamətini    müəyyən etdilər



Gecə tərləmələri, qəfil arıqlama, xroniki ağrılar, uzun müddət davam edən hərarət, bədəndə bərkimələr və daimi yorğunluq xərçəngin erkən inkişafından xəbər verə bilər.

“Medicina” xəbər verir ki, bunu Frankfurt həkimləri bildirib.

Həkimlərin fikrincə, aşkar səbəblər olmadan gecə tərləmələri limfoma və leykemiya üçün xarakterikdir və qidada dəyişiklik olmadan əhəmiyyətli dərəcədə kilo itkisi bir çox bədxassəli proseslərdən xəbər verə bilər.

Zədəsiz xroniki ağrılar, həftələrlə azalmayan subfebril hərarət, həmçinin bədənin müxtəlif yerlərində sıxılma və şişkinlik də xüsusi diqqət tələb edir. Xərçəng xəstəliyini göstərən başqa bir həyəcanverici əlamət istirahətdən sonra da keçməyən yorğunluqdur.

Mütəxəssislər qeyd edirlər ki, bu əlamətlərdən birinin və ya hətta bir neçəsinin olması həmişə xərçəngdən xəbər vermir, ancaq həkimə müraciət etmək üçün səbəb kimi xidmət edir.

Mütəxəssislər erkən diaqnozun kritik əhəmiyyət daşıdığını vurğulayırlar: xərçəng erkən mərhələdə aşkar edildikdə, uğurlu müalicə ehtimalı 90%-ə çatır.


Aygün Musayeva