Alman qadın geyiminə görə təyyarəyə buraxılmadı - "Heç nə geyinməmisən!"

  • 2026.06.30 22:54
  • 263 Baxış
Alman qadın geyiminə görə təyyarəyə buraxılmadı -  "Heç nə geyinməmisən!"

Alman sosial media fenomeni Edda Elisa geyiminə görə təyyarəyə buraxılmayıb. Aviaşirkət rəsmiləri onun geyiminin uçuşa uyğun olmadığını bildiriblər.

Medicina.az xəbər verir ki, alman fitnes fenomeni Edda Elisa Almaniyanın ən böyük aviaşirkəti olan Lufthansa tərəfindən geyiminə görə təyyarəyə minməkdən imtina edilib.



Məşhur influenser Lufthansa rəsmilərinin onun təyyarəyə minməsinə icazə vermədiyini açıqlayıb.

Bildirilib ki, rəsmilər ona bu cür geyinərək təyyarəyə minə bilməyəcəyini deyiblər və əlavə paltar geyinməsini tələb ediblər.

Təcrübəsini təsvir edən videonu sosial mediada yayımlayan məşhur influenser bildirib ki, rəsmi şəxs ona "Heç nə geyinməmisən, çılpaqsan. Əynininə bir şey geyinməlisən. Bir şey geyinsən, keçə bilərsən" deyib.

Elisa təəccübünü ifadə edərək dedi: "Uçmaq üçün məcbur nəsə geyindim".



Aygün
Medicina.az