Almaniya Azərbaycana 300 min tibbi maska göndərdi

  • 2021.09.22 16:26
  • 723 Baxış
Almaniya Azərbaycana 300 min  tibbi maska göndərdi
Almaniya tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.

Medicina.az xəbər verir ki, bu barədə ÜST-nin ölkə ofisi məlumat yayıb.

Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.