Yeni Covid 19 virusuna görə Almaniya peyvəndləməyə başlayır.
Medicina.az xəbər verir ki, səhiyyə naziri Yens Şpan BioNTech vaksininə müsbət rəy verib. İlk növbədə yaşlı insanlar və qocalar evindəki insanlardan başlanılacaq.
Dərman vasitələrinin qeydiyyatı üzrə Avropa Agentliyi 2 peyvəndə - BionTech və Pfizerə yaşıl işıq yandırıb.
Dekabrın sonuna yaxın artıq bir çox federal regionlarda peyvəndləmə başlayacaq.
Anqela Merkel əgər əhalinin vaksiyansiyası uğurlu olsa, Almaniyanın 2021-ci ilin payızına doğru karantinsiz normal həyata qayıdacağını bildirib.