Almaniya səhiyyəsi – Mənfi-müsbət cəhətləri

  • 2023.02.17 20:26
  • 2676 Baxış
Almaniya səhiyyəsi  – Mənfi-müsbət cəhətləri

Almaniyada səhiyyənin ən müsbət cəhəti – heç kəs tibbi yardımdan kənarda qala bilməz.

Almaniyanın səhiyyə sistemi dünyada ən yaxşı sistemlərdən biridir. Bunu mütəxəsislərlə yanaşı xəstələr də etiraf edirlər .

Berlinin mərkəzində unikal səhiyyə mərkəzi fəaliyyət göstərir. Əsas da kardiocərrahiyyə bölməsi seçilir.

“Medicina” xəbər verir ki, dövlət klinikaları özəl klinikalardan daha yaxşı maliyyələşib və müasir tibbi avadanlıqlarla təmin olunub.Bu da əhaliyə tibbi yardımın göstərilməsində geniş imkanlar yaradır. Belə bir sistemin qurulmasında yerli və ümumidövlət sığortaya ayrılmış maliyyə vəsait heç də az deyil.

Təbii ki, alman səhiyyəsində də çatışmamazlıqlar var. Problemlərdən bir neçəsini sadalayaq. Onlardan biri kadr çatışmamazlığıdır. Digəri maliyyə problemləridir ki,daha yaxşı inkşaf üçün yüksək maliyyə axını lazımdır.
Məsələn, yeni texnikalar, daha inkişaf etmiş texnoloji avadanlıqlar və.s.

Dövlət tərəfindən sığortalanmış xəstələrə həkimlər daha az qayğı göstərir. Amma özəl sığota ilə gəlmiş xəstələrə isə həkim daha çox diqqət göstərir.

Birinci səviyyə o tibbi xidmətlərdir ki, hətta dövlətdən sosial yardım alanlara da göstərilir.

İkinci səviyyə standart dövlət tibbi sığortadır – Cesetzliche Kranvenversicherung. Bunu təmin etmək üçün pulun bir hissəsini dövlət, digər hissəsini isə onu alan şəxs ödəməlidir. Almanların 90% bu sığortadan istifadə edir.

Özəl tibbi sığorta – Private Krankenversicherung məcburi deyil, lakin kifayət qədər böyük məbləğdə gəliri olan hər kəs istifadə edə bilər. İşin mənfi tərəfi də odur ki, belə sığortalanan şəxslər yenidən dövlət tibbi sığorta proqramı üzrə xidmət ala bilməz.

Günay