Almaniyada koronavirusun dərmanı tapıldı

  • 2020.05.15 19:06
  • 4053 Baxış
Almaniyada koronavirusun dərmanı tapıldı

Almaniyanın Höte Universitetinin və Frankfurt xəstəxanasının əməkdaşları koronavirusun müalicəsi üçün yeni effektiv dərmanın tapıldığını elan ediblər.

Medicina.az xəbər verir ki, Nature tibbi jurnalında dərc olunan məqaləyə görə, bu dərman hepatitlərdə istifadə olunan antivirus təsirli ribavirin tərkibli ola bilər.

Alimlər aydınlaşdırıb ki, yeni koronavirus hüceyrəni dəyişir, amma COVID 19 infeksiyaya yoluxmuş şəxstə zülalların sintezinə elə də ciddi təsir etmir.

Ona görə alimlər virusun çoxalmasının qarşısını ötürücü ingibitorların vasitəsilə almaq təklif edir. Onlar 2 dezoksi D qlükoza və ribavirinlə bu effekti əldə ediblər.