“AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndini vurduranlar arasında 30-dan çox insanın beynində tromboz hadisəsi qeydə alınıb.
Bu barədə “Der Spiegel” Almaniyanın Paul Ehrlich İnstitutuna istinadən xəbər verib.
Məlumata görə, 31 xəstənin doqquzu artıq ölüb.
Fəsadlar 36 və 57 yaşlarında iki kişidə, həmçinin 20-63 yaş arasındakı 29 qadında aşkar edilib.
Nəşrdə bildirilir ki, 19 vəziyyətdə həkimlər trombositopeni (trombosit sayında azalma) müşahidə ediblər.
“Der Spiegel” Almaniyada təxminən 2.7 milyon insanın “AstraZeneca” peyvəndi vurdurduğunu qeyd edib. Digər 800 nəfər artıq ikinci peyvənd dozasını alıb.