Altı aydan başlayaraq uşaqlara koronavirus peyvəndi - VURULACAQ

  • 2021.03.27 15:03
  • 3776 Baxış
Altı aydan başlayaraq uşaqlara koronavirus peyvəndi  - VURULACAQ

ABŞ əczaçılıq şirkəti “Pfizer” Almaniyanın “BioNTech” şirkəti ilə altı aydan on bir yaşa qədər uşaqlarda yeni növ koronavirus peyvəndlərinin sınaqlarına başladığını açıqlayıb.

Medicina az xəbər verir ki, 2022-ci ilin əvvəllərində peyvəndləmənin genişləndirilməsi planlaşdırılır.

Peyvənd 144 iştirakçıya 1-ci və 2-ci mərhələ sınaqlarında təhlükəsizlik üçün 10, 20 və 30 mikroqramla vurulacaq.

Üçüncü mərhələ sınaqlarında isə peyvəndin dözümlülüyü və immunitet sisteminə reaksiyası 4 500 nəfər üzərində test ediləcək.