Alzheymeri sıfıra endirən qidalar - SİYAHI

  • 2024.04.02 21:00
  • 609 Baxış
Alzheymeri  sıfıra endirən qidalar - SİYAHI
Beyin hüceyrələrinin regenerasiya prosesini sürətləndirən qida maddələrinin həm də Alzheimer xəstəliyindən qoruduğu məlum olub.

Medicina.az xəbər verir ki, araşdırmalara görə, müəyyən qidaların daha tez-tez istehlak edilməsi bir çox koqnitiv problemləri, xüsusən də yaddaş problemlərini aradan qaldırır.

Bəs, hansı qidalar beyin funksiyalarını yaxşılaşdırır?


İtburnu

C vitamini ilə zəngin olan itburnunun tərkibində yaddaşı gücləndirən komponentlər var. İtburnu müntəzəm istehlak edildikdə unutqanlıq, yorğunluq kimi problemlər aradan qalxır.


Qaragilə

Antioksidantlarla zəngin olan bu giləmeyvə idrak funksiyalarını yaxşılaşdırır. Xüsusilə hamiləlik dövründə istehlak edildikdə körpənin beyninin sağlam inkişafını təmin edir.


Brahmi (Bacopa Monnieri)

Ənənəvi hind təbabətinə aid olan bu bitki yaddaşı gücləndirən xüsusiyyətləri ilə tanınır. Brahmi sinir sisteminin sağlam işləməsini təmin edir.


Jenşen

Diqqət, konsentrasiya və yaddaş problemləri kimi şikayətlərə təbii çarə olaraq bilinən jenşen Alzheimer xəstəliyinin də qarşısını alır.



Aysel