Ana ölümlərinin əsas səbəbləri açıqlandı

  • 2017.10.17 13:43
  • 11554 Baxış
Ana ölümlərinin əsas səbəbləri açıqlandı
Ana ölümlərinin əsas səbəbləri açıqlanıb.


Medicina.az report.az-a istinadən xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Mərkəzin Doğum şöbəsinin Reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradan-Quliyev deyib ki, ana ölümlərinin əsas səbəbi qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HEELP sindromu, sepsis və mamalıq emboliyaları ilə bağlıdır.


Onun sözlərinə görə, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gündə hər bir dəqiqədən bir 1600, ildə 500000 çox ana ölümü qeydə alınır. İnkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur".


O qeyd edib ki, Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb: "2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb. Onların 1966 və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb".