Ana südü hansı yaşa kimi verilməlidir - FAYDALARI

  • 22 Noy 2019 18:41
  • 7261 Baxış
Ana südü hansı yaşa kimi verilməlidir  - FAYDALARI
Hər valideyn müəyyən yaş həddinə qədər süd verir. Amma əslində neçə yaşına qədər verilməyi düzgündür?

Ana südü uşaqlar üçün möcüzəvi qidadır. Bəzi valideynlər südü körpənin bir yaşına qədər, bəziləri iki yaşına qədər verir.


Bəs ana südü körpənin neçə yaşına qədər verilməlidir?


Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə mərkəzinin mütəxəssisi Ahmet Hakan 6-cı aydan 2 yaşına qədər əlavə qidalarla bərabər uşağa ana südünün verilməsini vacib bilib: "Ana südü uşaq üçün sağlamlıqdır. Bu südün tərkibində yeni doğulan körpənin böyümə və inkişafı üçün gərəkli olan bütün maye, enerji və qida  dəyərləri mövcuddur.


Həmçinin bu qida vasitəsilə körpənin  immunitet sistemi güclənir.


Bəs ana südünün əsas faydaları nədir?


 - Bağırsaq

 - Qulaq

 - Tənəffüs yolu infeksiyaları

 - Diabet

 - Allergiya kimi xəstəliklərdən qoruyur.

 - Ana südü vasitəsilə uşağın dişləri tez çürümür. Həmçinin çənə sümüyü sağlam inkişaf edir.

 - Daha asan həzm olunur. Həmçinin qəbizlik, qarın ağrısı daha az müşahidə edilir.


Ancaq buna baxmayaraq digər mütəxəssis, uşağa südün bir yaşından sonra verilməsini düzgün hesab etmir.


Mütəxəssis Alparslan Baksu isə uşağa ana südünün bir yaşına qədər verilməyini vacib bilsə də davamını uyğun görməyib: "Müəyyən müddətdən sonra uşağın ana südünə ehtiyacı azalır. Bu baxımdan bir yaşından sonra ana südünün faydası yoxdur”.