Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi - BAKIDA

  • 2019.11.21 09:53
  • 2871 Baxış
Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi -  BAKIDA

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 30-da baş verib.


Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.