Anadangəlmə pnevmoniya ilə doğulan körpə sağaldı

  • 2023.12.14 15:00
  • 637 Baxış
Anadangəlmə pnevmoniya ilə doğulan  körpə sağaldı

Yeni Klinikada Yenidoğulmuşların reanimasiya şöbəsinə yerləşdirilən körpə tam sağlam şəkildə evə buraxılıb.

"Medicina" xəbər verir ki, 38 həftəlik körpə tənəffüs pozğunluğu əlamətləri ilə reanimasiya şöbəsinə qəbul olunub.

Anadangəlmə pnevmoniya diaqnozu ilə intubasiya edilən körpə süni tənəffüs aparatına (STA) qoşulduqdan sonra antibiotik terapiyaya başlanılıb.

Uzman həkim Əkbər Quliyevin rəhbərlik etdiyi Neonatologiya komandasının səyləri nəticəsində ağır vəziyyətdən xilas edilən körpənin müalicəsi tamamlanaraq evə yazılıb.

Aygün