Ananın ayaq barmağı uşağın əlinə tikildi – Şok əməliyyat

  • 2023.12.15 14:26
  • 1387 Baxış
Ananın ayaq barmağı uşağın əlinə tikildi  – Şok əməliyyat

Sankt Peterburqda dövlət xəstəxanasında mürəkkəb əməliyyat icra olunub.


“Medicina” xəbər verir ki, 11 yaşlı uşağın əlinə barmaq köçürülüb. Donor uşağın anası olub.


Leykoz keçirən uşağa 3 yaşında sümük iliyi köçürüldükdən sonra orqanizm transplanta qarşı “üsyana” qalxaraq, bütün orqanlara əks hücuma keçib.

Uşağın barmaqları əyilərək demək olar, hərəkətsiz vəziyyətə gəlib. Əlində baş barmaq isə nekrozlaşıb. Məcbur olaraq barmağı götürən həkimlər onun biləyini xilas etmək üçün donordan barmaq köçürüb.

Donor isə doğma anası olub.

Mikroəməliyyat zamanı cərrahlar ananın ikinci ayaq barmağının bir hissəsini tikib. Həkimlər hesab edir ki, proqnoz vermək çətindir, amma bu barmaq yeganə dərisi tam və dırnaq qatı olan barmaqdır. Bu əlin funksiyasını bərpa etməyə az da olsa imkan verəcək.


Aygün Musayeva