Türkiyəli fenomen Nihal Candanın həyatını itirməsinə səbəb olan iştahsızlıq, yəni anoreksiya ölümlə nəticələnən ciddi bir xəstəlikdir.
Bəs, anoreksiya hansı çəkidə başlayır?
Medicina.az xəbər verir ki, anoreksiya bir insanın normal bədən çəkisindən çox daha az çəkiyə sahib olmaq istədiyi və adətən yeməkdən qorxduğu zaman meydana gələn yemək pozğunluğudur.
Onun anoreksiya olub-olmadığını yalnız çəkisinə baxmaqla müəyyən etmək olmaz.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Psixiatriya Assosiasiyasının məlumatına görə, anoreksiya diaqnozunun qoyulması üçün insanın bədən çəkisi ideal bədən çəkisindən (yaş və boy nəzərə alınmaqla) ən azı 85% aşağı olmalıdır.
Bədən Kütlə İndeksi (BMI) anoreksiya xəstələrinin çəkisinin az olduğunu qiymətləndirmək üçün istifadə edilən ümumi bir ölçüdür.
BMI insanın çəkisini boyunun kvadratına bölməklə hesablanır.
Anoreksiya diaqnozu üçün BMİ adətən 17,5-dən aşağı düşməlidir.
Normal BMI diapazonu: 18,5 - 24,9
Az çəki: 17 - 18.4
Anoreksiya diaqnozu üçün adətən BMİ 17-dən aşağı düşdüyündə xəstəlikdən şübhələnmək olar.
Aygün
Medicina.az