Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antarktidada da koronavirus aşkarlandı

  • 2020.12.22 22:53
  • 1803 Baxış
Antarktidada da koronavirus aşkarlandı

Pandemiyanın başlanğıcından indiyədək koronavirusun yayılmadğı yeganə qitə Antarktidada da COVİD-19 aşkar edilib.

Medicina.az xəbər verir ki, “The Guardian”nın yazdığına görə, General Bernardo O'Higgins Riquelme Tədqiqat Bazasında ilk dəfə yoluxma faktı təsdiqlənib.


Çili ordusundan verilən açıqlamaya görə, bazada 26-sı əsgər olmaqla 36 nəfər Çili vətəndaşı bu virusa yoluxub.

Testləri pozitiv çıxan hərbçilərin vəziyyətlərinin yaxşı olduğu deyilir.