Antibiotiklər yalnız bakterial infeksiyaları müalicə edir. Onlar virusların səbəb olduğu qrip, soyuqdəymə və əksər boğaz ağrılarında təsir göstərmir.
Medicima.az antibiotiklərin yanlış istifadəsinin risklərini təqdim edir:
Antibiotik müqavimətinin (rezistentliyin) yaranması.
Gələcəkdə infeksiyaların müalicəsinin çətinləşməsi.
Allergik reaksiyalar.
İshal və bağırsaq mikroflorasının pozulması.
Lazımsız yan təsirlərin artması.
Düzgün istifadə qaydaları:
Antibiotiki yalnız həkim təyin etdikdə qəbul edin.
Dərmanı təyin olunan doza və saatlarda qəbul edin.
Özünüzü yaxşı hiss etsəniz belə, müalicə kursunu həkimin göstərişinə uyğun tamamlayın.
Başqasına təyin edilmiş antibiotikdən istifadə etməyin.
Qalan antibiotiki gələcək xəstəliklər üçün saxlamayın və özbaşına qəbul etməyin.
Nə vaxt antibiotik lazım ola bilər?
Bəzi bakterial ağciyər iltihablarında.
Sidik yolu infeksiyalarında.
Bəzi bakterial dəri infeksiyalarında.
Həkimin bakterial infeksiya diaqnozu qoyduğu digər hallarda.
Unutmayın: Antibiotiklərin düzgün istifadəsi həm sizin sağlamlığınızı qoruyur, həm də antibiotiklərə qarşı müqavimətin artmasının qarşısını almağa kömək edir. Bu məlumat maarifləndirici xarakter daşıyır və həkim məsləhətini əvəz etmir.
Aygün
Medicina.az