Apreldə hansı qidaları yemək lazımdır? - SİYAHI

  • 2024.04.05 13:30
  • 1392 Baxış
Apreldə hansı qidaları yemək lazımdır? -  SİYAHI
Aprel ayının gəlməsi ilə bazarlarda, marketlərin meyvə-tərəvəz şöbələrində rəngarəng məhsullar görməyə başladıq.

Prof. Dr. Canan Karatay sağlam bədən üçün hər meyvə və tərəvəzi mövsümündə yeməyi tövsiyə edir.

Mövsümi qidalanmaya diqqət yetirmək, gün ərzində istifadə etdiyimiz qidalarda əlavələrdən uzaq durmaq və tərkibində heç bir kimyəvi maddə olmayan məhsullardan istifadə etmək lazımdır.

Medicina.az aprel ayında istehlak edilməli olan meyvə və tərəvəzləri təqdim edir.

Baharın gəlişi ilə istehlak edilməli olan tərəvəz və göyərtilər aşağıdakılardır:

Şüyüd, paxla, kahı, təzə yaşıl noxud, cəfəri, yaşıl soğan, rukkola, təzə sarımsaq, rozmarin, nanə, pərpərən, çuğundur, qulançar, kök.

Aprelin meyvələri isə alça və çiyələkdir.


Aysel