Apteklərdə satılan kovid testləri etibarlıdırmı?

  • 2022.02.12 12:29
  • 1298 Baxış
Apteklərdə satılan kovid testləri etibarlıdırmı?

Bu gün hər bir aptekdə koronavirus testi adlandırdığımız ekspress testlər satılır. Bu testlər vasitəsilə insanlar tibb müəssisələrinə getmədən evdə virusa yoluxub-yoluxmadıqlarını öyrənə bilirlər.

Bu testlərin qiyməti bir qədər ucuz, istifadəsi asandır. Ona görə də, xəstə olub-olmadığını öyrənmək istəyən insanların çoxu bu testlərdən istifadə edir, PZR testlərdən imtina edirlər.

Medicina.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəisinin müavini, dosent İsmayıl Əfəndiyev bu barədə AzTV-nin “Telesəhər” proqramına danışıb.

Həkim bildirib ki, ekspress testlərin effektivliyi PZR testlərin effektivliyindən xeyli zəifdir. Ekspress testlərin keyfiyyəti müəyyən standartlara uyğun olmalıdır: "Testlərin pozitivliyi nəticələri 75%-dən az olmamalıdır. Təəssüflər olsun ki, yeni ştamların yayılması şəraitində bu rəqəm 50, hətta 40%-ə düşə bilər. Bu səbəbdən ekspres testlərin nəticələrinə əsaslanmaq olmaz".

Koronavirusu aşkar etmək üçün ən effektiv üsul PZR testidir. Bu testlər yeni ştamları müəyyən etmək imkanına malikdir.