Bel ağrısı mədəaltı vəzidən qaynaqlana bilər.
Medicina.az xəbər verir ki, qastroenteroloq Alena Potaşeva alkoqolun mədəaltı vəziyə dağıdıcı təsirləri barədə danışıb.
Bel ağrısı yalnız gərgin əzələdən deyil, problemli mədəaltı vəzidən də qaynaqlana bilər. Dr. Potaşevanın sözlərinə görə, bu cür ağrı mədəaltı vəzində iltihabi proses olan pankreatitdən şübhələnmək olar.
Xüsusilə, spirtli içki qəbul etdikdən sonra hiss olunan bel ağrısı varsa, bu orqan yoxlanmalıdır:
Əgər bir şəxs spirtli içki qəbul etdikdən sonra bel ağrısı yaşayırsa, mədəaltı vəzini müayinə etdirmək vacibdir.
Həkim qeyd edib ki, alkoqol, eləcə də yağlı qidalar mədəaltı vəziyə ciddi təsir göstərir.
Bundan əlavə, uzun müddətli orucdan sonra çoxlu yemək mədəaltı vəzi üçün zərərli ola bilər.
Aygün Musayeva