Arı sancması zamanı ağrı və şişkinliyi azaldan 2 təbii üsul!

  • 2024.06.10 13:00
  • 511 Baxış
Arı sancması zamanı ağrı və şişkinliyi azaldan  2 təbii üsul!
Yay aylarında piknikdə, gəzintidə və digər mühitlərdə arı sancması baş verə bilər.

Arı sancması bəzi insanlar üçün çox təhlükəli nəticələnir. Ancaq bir çox insanda yüngül ağrı və şişlik kimi simptomlarla ötüşür.

Medicina.az arı sancması zamanı ağrı və şişkinliyi azaldan təbii üsulları təqdim edir:

Bəzi insanlarda arı sancmalarına qarşı allergik reaksiya ola bilər. Arı sancmasından sonra hər hansı bir allergiya aşkar edilərsə, həkimə müraciət edilməlidir. Digər tərəfdən, allergik reaksiyası olmayanların seçə biləcəyi iki üsul var. Arı sancması şişkinlik, qaşınma, yanma və ağrı kimi problemlər yaradıbsa, bu üsullardan faydalana bilərsiniz.

Diş pastası: Şişkinlik və ağrı problemi diş pastası üsulu ilə faktiki olaraq aradan qaldırıla bilər. Çünki diş pastası zəhəri zərərsizləşdirməkdə faydalı olacaq.

Bu üsulda müvafiq nahiyəyə az miqdarda diş pastası çəkilir və təxminən 15-20 dəqiqə saxlanılır. Sonra ilıq su ilə yuyularaq təmizlənir.

Buz: Arının sancdığı bölgəyə buz tətbiq etmək ağrı və şişkinliyi azaldır. Bu üsulda buzu parçaya və ya dəsmala bükdükdən sonra tətbiq etmək lazımdır. Müvafiq sahədə buzu təxminən 15 dəqiqə saxlayın. İlk gün bu proseduru bir neçə saatdan bir təkrarlamaq lazım ola bilər.

Yuxarıda göstərilən üsullar arı sancmalarına qarşı faydalı olsa da, həssas dərisi olanlar, allergik reaksiya ehtimalı olanlar və fərqli sağlamlıq problemlərindən əziyyət çəkənlər risk almadan həkimə müraciət etməlidirlər.

Aysel