Arif Babayev xəstəxanaya yerləşdirildi

  • 2021.10.11 15:12
  • 2503 Baxış
Arif Babayev  xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin yaxınları bildiriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib:

"Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini stabil qiymətləndirir".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.