Arif Quliyevin səhhəti necədir? - AÇIQLAMA

  • 2021.04.29 14:07
  • 1723 Baxış
Arif Quliyevin səhhəti necədir? -  AÇIQLAMA
Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.

Medicina.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.

O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:

"Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.