Arıqlama iynəsi vuranların nəzərinə: Qaraciyər və böyrəkləriniz məhv olur

  • 2026.06.30 17:42
  • 107 Baxış
Arıqlama iynəsi vuranların nəzərinə:  Qaraciyər və böyrəkləriniz məhv olur


Son dövrdə ən populyar arıqlama üsullarından birinə çevrilən arıqlama iynələri ciddi sağlamlıq problemlərinə səbəb olur.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandda son bir ildə bu preparatlarla bağlı zəhərlənmə halları təxminən iki dəfə artıb.
Niderland İctimai Yayım Qurumu bildirir ki, 2024-cü ildə 76 olan müraciət sayı 2025-ci ildə 149-a yüksəlib.

Rəsmilər qeyd edirlər ki, bütün zəhərlənmə halları rəsmi şəkildə qeydə alınmadığı üçün faktiki sayın daha yüksək olması ehtimal edilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, arıqlama iynələrinin qeyri-rəsmi yollarla satıldığı bazar sürətlə genişlənir. Onların sözlərinə görə, nəzarətsiz istifadə səhv doza və yan təsirlərin artmasına səbəb olur.

Qeyd edilir ki, bu cür preparatların yanlış istifadəsi təcili tibbi müdaxilə tələb edən kəskin simptomlara səbəb ola bilər. Uzunmüddətli dövrdə isə qaraciyər, böyrəklər və sinir sistemi üçün ciddi fəsadlar yaradır.

Medicina.Az