Arıqlama iynəsi vurduran qadının süd vəziləri böyüdü

  • 2026.08.14 21:43
  • 121 Baxış
Arıqlama iynəsi vurduran qadının    süd vəziləri böyüdü



Britaniyalı qadının nəhəng ölçülü süd vəzisi onun yatmasına, pilləkənlərə qalxmasına və səyahət etməsinə mane olur.


Medicina.az xəbər verir ki, Britaniyanın ən böyük sinəsinə malik Tianna Moon hər gün üzləşdiyi çətinliklər barədə danışıb. O,yatmaqda, pilləkənlərə qalxmaqda və hətta öz ayaqlarını görməkdə çətinlik çəkir.

Tianna Moon, xüsusilə arıqlamaq üçün istifadə edilən Mounjaro dərmanını sonra süd vəzisinin sürətlə böyüməyə başladığını iddia edir.
Qadının sinə ölçüsü qısa müddətdə L-dən NN-ə dəyişib və indi o, 32OO ölçülü büstqalter taxır.

Bunun sayəsində Tianna, Melissa Ashcroft və Summer Roberts kimi modelləri qabaqlayaraq, Böyük Britaniyada ən böyük sinəyə sahib qadın hesab olunur.

Lakin, uzaqdan cəlbedici görünsə də bu, 30 yaşlı qadın üçün bir çox çətinlik yaradır. Hətta ən sadə gündəlik işlər belə çətinləşib və yayda vəziyyət daha da ağırlaşır.

"Döşlərim əsl istilik fabrikidir. Soyumaq üçün demək olar ki, heç nə edə bilmirəm. Pilləkənlər də mənim üçün böyük bir problemə çevrilib. Daim büdrəyirəm. Artıq ayaqlarımı görə bilmədiyim üçün çox yavaş gəzməli oluram".

Yuxu Tianna üçün ayrı bir problemə çevrilib. Arıqladıqdan sonra o, yuxuda daha sərbəst hərəkət etməyə başladığını və buna görə də daha tez-tez kürəyi üstə oyandığını deyir.

"Yuxu ilə bağlı da böyük problemlərim var. Arıqladığım üçün yuxuda daha asan hərəkət edə bilirəm, ona görə də daha tez-tez kürəyim üstə oyanıram. Amma sinəmdəki əlavə ağırlıq məni boğduğu üçün daim oyanıram."

2025-ci ilin noyabr ayında Tianna arıqlamaq üçün mədə bypass əməliyyatı keçirdi. Lakin, arıqladıqdan sonra sinələrinin kiçilmədiyini deyir.

AYGÜN Musayeva