Stress saç tökülməsini sürətləndirə bilər

  • 2026.07.09 21:01
  • 559 Baxış
Stress saç tökülməsini sürətləndirə bilər

Alimlər uzunmüddətli və güclü stressin saç tökülməsinə səbəb ola biləcəyini bildirirlər. Araşdırmalara görə, stress zamanı sinir sistemi həddindən artıq aktivləşir və bu, saç köklərinə zərər verə bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislər bəzi hallarda stress immun sisteminin saç köklərinə hücum etməsinə də səbəb olduğunu bildirib.

Nəticədə saçqıran (alopesiya areata) xəstəliyi yarana və ya mövcud xəstəlik ağırlaşa bilər.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, hər stress keçirən insanda saç tökülməsi və ya keçəlləşmə baş vermir. Xüsusilə genetik meyli olan insanlarda stress bu prosesi sürətləndirə bilər.

Mütəxəssislər saç sağlamlığını qorumaq üçün kifayət qədər yuxu, stressin idarə olunması və sağlam qidalanmanın vacib olduğunu qeyd edirlər.

Xanım,
Medicina.az