Arıqlamaq istəyənlərin nəzərinə

  • 2026.08.11 20:07
  • 111 Baxış
Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır.

Medicina.az Fransız mətbuatına istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər.

Belə ki, dietoloq Natalie Rizzo yeməkləri vaxtında və nizamlı qəbul etmək iştahanı idarə etməyə kömək edir deyib. Onun sözlərinə görə, gün ərzində hər 3-4 saatdan bir yemək və ya sağlam ara qida qəbul etmək həddindən artıq acmağın qarşısını ala bilər.

Mütəxəssislər həmçinin hər yeməkdə zülallı qidalara üstünlük verməyi tövsiyə edirlər. Zülal uzun müddət toxluq hissi yaradır və arıqlama prosesində əzələ kütləsinin qorunmasına kömək edir.

Xanım,
Medicina.az