Arıqlamaq sperma sayını iki dəfə artırır - Alimlər

  • 2022.10.14 12:00
  • 2218 Baxış
Arıqlamaq sperma sayını iki dəfə artırır -  Alimlər
Danimarkada Kopenhagen Universitetinin yeni araşdırmasına görə, çəki itirmək kök kişilərin sperma sayını ikiqat artırmağa kömək edə bilər.


Bakupost.az xəbər verir ki, alimlərin 56 kişi üzərində apardıqları araşdırmada, kilolu kişilərin arıqladığı təqdirdə, sperma sayının iki dəfə artacağını irəli sürüblər.


Daily Mail-də çıxan xəbərə görə, 18-65 yaş arası könüllülər gündə cəmi 800 kaloridən ibarət səkkiz həftəlik pəhrizə yönləndirilib.
Tədqiqat başlamazdan əvvəl bədən kütlə indeksi ən az 32 olan kişilər orta hesabla 16,5 kq arıqlayıblar. Eyni zamanda onların sperma sayı 41 faiz artıb.


Nəticələrə görə, bir il ərzində arıqlayan kişilərdə sperma sayı iki dəfə çoxalıb.


Mütəxəssislər bildirirlər ki, sperma sayı ümumiyyətlə yaş keçdikcə azalır. Daha çox 17-40 yaş arasında pik həddə olur.


Avropa, Şimali Amerika və Avstraliyada aparılan tədqiqatlar göstərir ki, kişilər arasında səviyyə 1970-ci illərdən bəri ümumilikdə azalıb.
Alimlər hesab edirlər ki, köklük, düzgün qidalanmamaq, hətta çirklənməyə məruz qalma sperma nisbətini azalda bilər.