Arvadının ayağını ilana oxşadıb qıçını qırdı - Kuryoz olay

  • 2022.07.07 15:49
  • 2532 Baxış
Arvadının ayağını ilana oxşadıb qıçını qırdı  - Kuryoz olay


İlan dərisi formasında gecə geyimi qadını xəstəxanalıq edib.

Bakupost.az xəbər verir ki, Rusiyanın Kazan şəhərində gecə ilan dərisinə bənzər şalvarı geyinib yatan qadının ayağını əri dəmir çubuqla qırıb.


Belə ki, kişi gecə yuxudan oyanaraq, yorğanın altından çıxan ayağı ilan zənn edib.

O arvadını oyatmadan dəmir çubuqla "ilanı" əzib. Arvad ağrıdan yerindən atılıb.

Kişi arvadının ayağını əzdiyini görərək, onu xəstəxanaya çatdırıb.

Həkimlər ayaqda bir neçə qırıq aşkarlayıb.



Aygün Musayeva
BakuPost