Aşıq Ulduz vəfat etdi - Cənazəni Bakıya gətirmək müşküldür

  • 2020.05.22 16:20
  • 2323 Baxış
Aşıq Ulduz vəfat etdi   - Cənazəni Bakıya gətirmək müşküldür


Azərbaycanın məşhur qadın aşığı Ulduz Azaflı dünyasını dəyişib.

Bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.

Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.

Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır. (axsam.az)