Aspirin ən təhlükəli insultu tətikləyə bilər

  • 2026.06.10 18:00
  • 89 Baxış
Aspirin ən təhlükəli insultu    tətikləyə bilər

Antikoaqulyantların(qandurulaşdırıcıların) nəzarətsiz istifadəsinin təhlükələri barədə xəbərdarlıq edilib.

Medicina.az xəbər verir ki, doktor Georgi Sapeqonun sözlərinə görə, bu cür dərmanlar işemik insult riski baxımından təsirli profilaktik tədbirlər kimi tanınır. Bu tip insult, qan damarını bağlayan laxtalanma səbəbindən beyinə normal qan axınının dayandırılması ilə xarakterizə olunur.

Eyni zamanda, aspirinin çox istifadəsi qan damarının yırtılması və qanaxma zamanı baş verən hemorragik insultu tətikləyə bilir. Hemorragik insult, yüksək ölüm nisbətinə görə beyin apopleksiyasının ən təhlükəli növüdür:

"Aspirinin faydasından daha çox beyin qanamasına səbəb olma ehtimalı daha yüksəkdir. Lakin insanlarımız aspirini səbəbsiz qəbul edirlər. Və heç kim beyin qanaması riskindən narahat deyil", - deyə həkim Zen-dəki paylaşıb.

Georgi Sapego həmçinin əlavə edib ki, aspirin müxtəlif daxili qanaxmalara, xüsusən də mədədə (məsələn, xorası olan xəstələrdə) səbəb ola bilər.

Mütəxəssis həkimə müraciət etmədən bu dərmanı qəbul etməməyə çağırıb.


Aygün M