"“AstraZeneca” 60 yaşdan yuxarı şəxslərə vurulmamalı idi" - Həkim - VİDEO

  • 2021.05.03 16:44
  • 1543 Baxış
"“AstraZeneca” 60 yaşdan yuxarı şəxslərə vurulmamalı idi" -  Həkim - VİDEO
"AstraZeneca” peyvəndi 60 yaşdan yuxarı şəxslərə vurulmamalı idi. Çünki yaşlı insanların orqanizmi qan laxtalanmasına daha çox meyilli olur".

Medicina.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib. O, aidiyyəti qurumların sözügedən peyvəndin 60 yaşdan yuxarı şəxslərə vurulması ilə bağlı izah verməsi lazım olduğunu bildirib:

"Ola bilsin ki, vaksinin miqdarı hesablanıb və onun hamıya tətbiq olunması say hesabı ilə mümkün olmayıb. Lakin hesab edirəm ki, bütün yaş qruplarında olan şəxslər bu peyvənddən vurdura bilərlər. Onun hədəfi qətiyyən yaş deyil. Qanı tromblaşmağa meyilli şəxslər varsa, onlara peyvənd ehtiyatla vurula bilər”.