“AstraZeneca” vaksininin adı dəyişdirildi

  • 2021.03.30 11:25
  • 1391 Baxış
“AstraZeneca” vaksininin adı dəyişdirildi
Britaniya-İsveç şirkəti “AstraZeneca”nın COVID-19-a qarşı peyvəndinin adı dəyişdirilib.

Medicina.az xəbər verir ki, 25 martdan etibarən peyvənd “Vaxzevria” adlandırılmağa başlayıb.

İsveç tibbi məhsullar agentliyinin saytında dərc edilmiş məlumata əsasən, adın əvəzlənməsi başqa dəyişiklilərə səbəb olmayacaq. Məhsul haqqında məlumat, etiketləmə və qablaşdırma fərqli görünə bildiyindən peyvənd mütəxəssisləri bunu bilməlidirlər.
“AstraZeneca” vaksininin adı dəyişdirildi