Ata oksigen payını oğluna verib, öldü - Xəstəxanada dəhşət

  • 2020.11.19 15:35
  • 2436 Baxış
Ata oksigen payını oğluna verib, öldü -   Xəstəxanada dəhşət

Ukraynada koronavirus xəstəxanalarında süni tənəffüs cihazlarında növbə və oksigen konsentratoru çatışmazlığı yaşanır.

Bu səbəbdən xəstələrə sutkada cəmi 3 dəfə 15-20 dəqiqə oksigen limiti verilir.

Medicina.az xəbər verir ki, reanimasiyada koronavirusdan yatan xəstələrdən biri - ata öz oksigen payını oğluna verib, özü oksigensiz qaldığından vəziyyəti ağırlaşaraq ölüb.

Sosial şəbəkələrdə könüllülər hökuməti və səhiyyəni cəlladlıqda günahlandırıb, təcili bu gestapo qaydalarından əl çəkməyə çağırıb.

Hər gün daha çox xəstə “oksigen “ deyə çığıraraq onu almadan ölür.