ATV-nin bütün əməkdaşları koronavirus testindən keçirildi - Daha 2 nəfərdə müxbət çıxdı - VİDEO

  • 2020.05.23 15:09
  • 2569 Baxış
ATV-nin bütün əməkdaşları koronavirus testindən keçirildi   -  Daha 2 nəfərdə müxbət çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, ATV telekanalının bir neçə əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.


Bu səbəbdən ATV rəhbərliyi telekanala tibbi briqada dəvət edib və bütün əməkdaşlar testdən keçirilir.

Medicina.az xəbər verir ki, ilkin olaraq 100 əməkdaşda koronavirus testi edilib. Onlardan ikisi müsbət çıxıb. Telekanalın digər əməkdaşları da növbəli şəkildə testdən keçirilirlər.