Avstriyanın səhiyyə naziri Rudold Anşober ölkəsində koronavirus pandemiyasının 3-cü dalğasının başladığını rəsmi elan etdi.
Medicina.az xəbər verir ki, nazir indi istənilən riskləri nəzərə almağın vacibliyini qeyd edib.
“Biz üçüncü dalğanın başlanğıcındayıq və bütün gücümüzü səfərbər etməliyik ki, yoluxmanın sürəti azalsın. İntensiv terapiya şöbələrimiz hər kəsə yetməyə bilər. Ötən ilki payız təkrarlanmamalıdır. Yeni sərtləşdirilmiş addımlar, o cümlədən ölkədaxili səfərlərin məhdudlaşdırılması effektivliyini göstərib, ona görə də bu addımlara gediləcək”.
Avropanın Fransa, Almaniya, İtaliya kimi ölkələri martın 15-dən üçüncü dalğaya qədəm qoyduqlarını açıqlayıb.